logo

WTI markalı neftin qiyməti iki ildə ilk dəfə olaraq $80-dan aşağı düşüb

Views: 41

dushur

Bazar ertəsi Amerikanın WTİ markalı neftin bir barelinin qiyməti iki ildə ilk dəfə olaraq $ 80-dan aşağı düşüb. Bu barədə “Vedomosti” qəzeti Financial Times qəzetinə istinadən yazıb.

Azalmaya səbəb Goldman Sachs bankının 2015-ci ilin ikinci rübü üçün neft qiymətləri ilə bağlı proqnozu səbəb olub. İndi bank hesab edir ki,neftin qiyməti  80 dollar səviyyəsindən aşağı olacaq.

Goldman Sachs analitiki Jeff Kerri hesab edir ki,bazarın əsas hərəkətverici qüvvəsi ABŞ şist inqilabı nəticəsində təklifin bolluğudur.

“İndi biz əminliklə deyə bilərik ki, struktur dəyişikliyi baş verib və ABŞ-da istehsal artımı azalmalıdır” – deyə sənəddə bildirilir.

ABŞ-dan  kənarda,o cümlədən Braziliyada və Azərbaycanda neft hasilatının artması,2015-ci ildə neft bazarında bolluğa səbəb olacaq.

Goldman Sachs Brent markalı neftin dəyərini 2015-ci ilin birinci rübü üçün 100 dollardan 85 dollara qədər,WTİ nefti üçün isə bir barel üçün 90 dollardan 75 dollara qədər azaldılıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart