logo

Tacikistan vasitəsilə Türkmənistandan Çinə qaz kəmərinin tikintisi 2016-ci ildə tamamlanacaq

Views: 85

turkmen-china

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov bildirib ki, 2016-cı ildə Türkmənistan-Çin magistral boru kəmərinin D xəttinin inşası başa çatacaq.

Türkmənistan, Özbəkistan və Qazaxıstandan başlayan qaz kəmərinin A və B xətlərinin istismara verilməsindən sonra Çinin CNPC şirkəti Mərkəzi Asiyadan 2009-cu ildən başlayaraq qaz almağa başladı. Kəmərin C xətti isə bu yaxınlarda istismara verilib.

Çinin Türkmənistan ilə qaz tədarükünün 2020-ci ilə kimi 65 milyard kub metrə çatdırılması barədə müqaviləsi var. Bu məqsədlə əlavə olaraq Özbəkistan, Tacikistan,  Qırğızıstandan keçərək D xətti  inşa edilir. Yeni xətt Özbəkistan və Türkmənistan sərhədində başlayır, Özbəkistan, Tackistan və Qırğızıstandan keçərək Uluqçat ərazisi ilə Çinə daxil olur.

Tacikistan ərazisində qərbdən şərqə keçəcək 410 kilometrlik boru xəttinin səthinin 93 faizi dağlıq sahədədir. Boru xəttinin 47% çaylardan və 76 km tunellərdən keçir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart