logo

SOCAR 9 ayda dövlət büdcəsinə ödənişləri 20%-ə qədər artırıb

Views: 23

barrel

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət büdcəsinə 146 milyon 116 min manat vəsait ödənilmişdir.Bu, 2013-cü ilin sentyabr ayı ilə müqayisədə 10 milyon 938 min manat və ya 108,1 faiz çoxdur.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 412 milyon 857 min manat vəsait ödənilmişdir ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 227 milyon 765 min manat və ya 119,2 faiz çox olmuşdur.

Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 644 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 547 min manat təşkil etmişdir.

Bu haqda SOCAR mətbuat xidməti məlumat yayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart