logo

“Şahdəniz” yatağından 55 mlrd. kubmetr qaz və 14 mln ton kondensat hasil edilib

Views: 43

xosh-shah“Şahdəniz” yatağının işlənməyə başlandığı 2004-cü ilin noyabr ayından 2014-cü il oktyabrın 1-nə qədər bu yataqdan ümumilikdə 55 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bazar ertəsi Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransında çıxışı zamanı məlumat verib.

“Bu dövr ərzində “Şahdəniz” yatağından 14 mln. ton kondensat hasil edilib”, – deyə X.Yusifzadə bildirib.

Hazırda yataqdan hasilatın sutkalıq həcmi 27 mln. kubmetr qaz və 7 min ton kondensat təşkil edir.

Onun sözlərinə görə, “Şahdəniz” yatağının işlənməsinə başlanandan Gürcüstana 4 mlrd. kubmetr, Türkiyəyə 30 mlrd. kubmetr qaz ixrac edilib. Yerdə qalan həcmi isə SOCAR öz ehtiyacları üçün tədarük edib.

* “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), TPAO (19%), SOCAR (16,7%), Petronas (15,5%), LUKoil (10%) və NICO (10%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart