logo

KİV “Total” prezidenti vəzifəsinə üç mümkün namizədin adını açıqlayıb

Views: 92

total-bFransız enerji şirkəti Totalın İdarə heyəti Kristof de Marjeri ölümündən sonra “mümkün qədər tez” toplanmağa çalışacaq. Marjerinin varisləri arasında şirkətin kəşfiyyat və hasilat üzrə prezidenti İv-Lui Darrikarrera,neft emalı hissəsinin rəhbəri Patrik Puayena və energetika rəhbəri Filippe Buassonun adı çəkilir.
De Marjeri deyirdi ki,onun varisini şirkətdə axtarmaq lazımdır və kənardan adam dəvət etmək məsləhət deyil.
Onun fikrincə şirkətə energetika layihələrinə rəhbərlik edən Filipp Buasso və neft emalı hissəsinin rəhbəri Patrik Puayen rəhbərlik edə bilərdi.
IHS Inc nəşriyyat qrupunun vitse –prezidenti Daniel Erjin Bloomberg agentliyinə bildirib ki,Marjerinin varisi kimi Puayeni və kəşfiyyat və hasilat üzrə prezidenti İv-Lui Darrikarreranı görür. Erjin qeyd edib ki,62 yaşlı DarrikarrenaMarjeridən bir yaş kiçikdir və bu onun şanslarına təsir edə bilər.
* De Marjeri Total şirkətinə 1974-cü ildən çalışırdı.2010-cu ildən İdarə heyətinin sədri və baş icraçı direktoru vəzifələrini icra edirdi.
** Total Rusiyada 1999-cu ildən fəaliyyət göstərir. Fransız şirkətinə “NOVATEK” qaz şirkətində 18.2%, 20% “Yamal LNG” və 40% Xaryaqinsq HPBS-də səhmi mövcuddur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart