logo

III rübdə Eni-nin xalis mənfəəti 57% azalıb

Views: 67

AGIP 1192

İtalyanın ən böyük neft şirkəti – Eni SpA 2014-cü ilin III rübündə xalis mənfəəti 57% azalaraq 1.71 milyard avro təşkil edib.

Xalis mənfəətin azalmasına səbəb keçən ilin iyul-sentyabr dövrünün göstəricilərinə Mozambik aktivlərinin satışından əldə edilən 3 milyard avro gəlir daxil olmasıdır.

İyul-sentyabr üçün şirkətin gəliri bəzi amillər istisna olmaqla 2.5% artaraq 1.17 milyard avro artaraq Bloomberg tərəfindən analitiklər arasında aparılmış proqnozu üstəliyib.

Keçən rübdə şirkətin gəliri 11% azalaraq 26.6 milyard avro olub. Şirkətin neft və qaz hasilatı 4.7% azalaraq gündə 1.576 milyon  barel neft ekvivalenti təşkil edib.

Şirkətin neft kəşfiyyatı və hasilatı bölməsinin əməliyyat gəliri 21% azalaraq 3.9 milyard avro olub.

Şirkət qaz hasilatı, neft emalı və kimya biznesində mürəkkəb “rəqabət mühitini” qeyd edir və bu seqmentlərdə  tələbin yaxşılaşmasını  gözləmir.

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart