logo

BTC kəməri ilə Azərbaycan neftinin nəqli 3% azalıb

Views: 23

btc-map

2014-cü ilin yanvar-sentyabr aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə 21 mln. 844,191 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 3,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib.

“2014-cü ilin sentyabr ayında BTC boru kəməri ilə 2 mln. 285,783 min ton, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il) cari ilin oktyabr ayının 1-nə qədər isə 257 mln. 160,695 min ton neft nəql olunub”, – deyə SOCAR-dan məlumat verilib.

Bundan başqa, cari ilin sentyabr ayında BTC neft kəməri ilə 385,597 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Ötən ay Ceyhan neft terminalından 2 mln. 543,390 min ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-sentyabr aylarında terminaldan 22 mln. 125,785 min ton neft nəql edilib. Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 255 mln. 269,699 min ton Azərbaycan nefti yola salınıb.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart