logo

Amerikanın proqnozu neft bazarını alt-üst elədi: dünyada neftin istehlakı azalır

Views: 48

IEA badge 3

Beynəlxalq Enerji Agentliyi (ABŞ) 2015-ci ildə qlobal neft tələbi üçün proqnozu aşağı salıb və qiymətlərin daha da azalmasını gözləyir.

Agentliyin aylıq hesabatında bildirilir ki,2014-cü ildə neftə təlabat gündə 700.000 min barelə qədər,gələcəkdə isə gündə 93.5 milyon barelə qədər artacaq.

“Qiymətlərin azalması həm tələb həm də təklif ilə bağlıdır. Qiymətləri  daha da azalması lazımdır ki,təklif azalsın və tələb artsın” – deyə agentliyin analitikləri yazır.

BEA-nin hesablamalarına görə,qeyri OPEK ölkələrindən tədarük 2015-ci ildə gündə 1.3 milyon barel artacaq,OPEK neftinə təlabat isə gündə 29.3 milyon barel təşkil edəcək ki,bu da agentliyin sentyabr proqnozundan 200.000 min barel azdır. Senyabrda OPEK neft hasilatını 13 ayda ən pik səviyyəyə çataraq gündə 30.66 milyon barel təşkil etmişdi.

BEA qeyd edir ki,Səudiyyə Ərəbistanı  hasilatı artırmaq və qiyməti azaltmaq yolu ilə Asiya bazarında öz mövqelərini qoruyub saxlamağa çalışır.

BEA-nın bu hesabatının açıqlamasından sonra dünya birjalarında neftin qiyməti bir gündə 4 dollar endi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart