logo

Aİ-nın liderləri “Cənubi Qaz Dəhlizi”ni prioritet layihə kimi təsdiq ediblər

Views: 65

bayraqlarAİ-nın 28 ölkələsinin dövlət və hökumət başçıları “Cənubi Qaz Dəhlizi” və “Şimal-Cənub Qaz Dəhlizi” çəkilişi layihələrini Birliyin enerji təhlükəsizliyinin təmin edilməsi üçün prioritet tasarlar (layihələr) qismində təsdiq edib. Bu, Aİ-nin Brüsseldə cümə günü başa çatmış ikigünlük sammitinin yekun bəyanatında qeyd olunub.
“Avropa Şurası “Cənubi Qaz Dəhlizi” və “Şimal-Cənub Qaz Dəhlizi”nin çəkilişi, Cənubi Avropada yeni qaznəqletmə şəbəkəsinin, həmçinin tədarükçülərin və enerji resursları marşrutlarının şaxələndirilməsi və bazarın fəaliyyətinin təmin edilməsi məqsədi ilə Finlyandiya və Baltiya ölkələlərinin enerji təhlükəsizliyinin artırılması üzrə əsas infrastruktur layihələrinin yaradılması kimi projelərin həyata keçirilməsinin qaz sahəsində ümumi mənafe üçün həlledici əhəmiyyətə malik olduğu ilə razılılaşdı”, – deyə sənəddə vurğulanıb.
Bu bəyanat RF prezidenti Vladimir Putin Rusiya qazının Avropaya göndərilməsi üçün “Cənub Axını” qaz kəmərinin çəkilişini başa çatdırmaq və Avropa ilə ticarət aparmaq niyyətində olduğunu bildirdikdən sonra qəbul edilib.
Lakin Aİ-nin energetika üzrə komissarı Günter Ettinger “Cənub axını”nın prioritet layihə olmadığını qeyd edib.
“Cənub axını” tamamilə məqbuldur, amma bu gün üçün prioritet təskil etmir”, – deyə o, Brüsseldə jurnalistlərə bildirib.
Bir müddət əvvəl Aİ Kremlin Bolqarıstan, Rumıniya və Serbiya vasitəsilə hər vəchlə hyata kecirmək istədiyi bu Rusiya layihəsini dondurmusdu.
Qeyd edək ki, Moskva Ukraynadan yan keçərək “Cənub Axını”nı çəkməklə Avropa qaz bazarını itirməməyə çalışır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart