logo

AÇG blokundan ümumi neft hasilatı 347 mln. ton təşkil edib

Views: 197

azeri-deniz1997-ci ilin noyabr ayından 2014-cü il oktyabrın 1-nə qədər “Azəri-Çıraq-Günəşli” blokundan 347 mln. ton neft hasil edilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA)
investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfrasında çıxışı zamanı məlumat verib.

“Bu dövr ərzində (1997-ci ilin noyabrından) blokdan 101 mlrd. kubmetr səmt qazı da hasil edilib”, – deyə X.Yusifzadə qeyd edib.

Onun sözlərinə görə, blokdan sutkada 90 min ton neft və 35 mln. kubmetr səmt qaz hasil edilir.

O, həmçinin bildirib ki, AÇG blokunun işləndiyi dövrdən bu günə qədər Azərbaycan 187 mln. ton mənfəət nefti satıb.

SOCAR-ın geoloqlarının hesablamalarına görə, AÇG-nin çıxarıla biləcək neft ehtiyatlarının həcmi 923 mln tondur.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Hazırda layihənin iştirakçıları “BP” (Böyük Britaniya – 35,78%), Azərbaycanın SOCAR (11,65%), Amerikanın “Chevron” (11,27%), Yaponiyanın “Inрex Corр.” (10,96%), Norveçin “Statoil” (8,56%), Amerikanın “ExxonMobil” (8,0006%), Türkiyənin TPAO (6,75%), Yaponiyanın “Itochu Oil” (4,3%) və Hindistanin “ONGC Videsh Limited” (2,72%) şirkətlərdir.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart