logo

9 ayda BP-nin xalis mənfəəti 2,74 dəfə azalıb

Views: 19

bp-d (1)İngilis neft və qaz nəhəngi BP Plc-in hesabatında bildirilir ki,şirkətin xalis mənfəəti ötən il ilə müqayisədə 2,74 dəfə azalaraq 8,19 milyard dollar təşkil edib.
Şirkətin bir adi səhmə düşən mənfəəti 44.14 sent olub. Mənfəətin əhəmiyyətli dərəcədə azalmasına səbəb,keçən ilki 9 ayın nəticələrinə TNK-BP şirkətində BP-nin payının satılmasından əldə etdiyi 12.5 milyard dollar dəyərində gəlir daxil idi. Şirkətin 9 ayda gəliri 6% azalaraq 283,582 milyard dollar təşkil edib.EI-CJ861_BP_16U_20141028034509
BP-nin rüblük gəliri 3.5% azalaraq 94,767 milyard dollar olub. 30 sentyabr tarixinə şirkətin təmiz borcu 22.4 milyard dollar təşkil edib.
Hesabat dövründə şirkət gündə 2.147 milyon barel neft ekvivalentində neft hasil edib ki, bu da keçən ilki göstəricidən 2.7% azdır.
Dördüncü rübdə şirkəti çətin hava şəraiti və Alyaskada Hilcorp neft yatağının satılması səbəbilə hasilatın azalması gözləyir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart