logo

“Total” və “E.ON” Transadriatik qaz kəməri layihəsindən çıxdı

Views: 89

tap-enegas1-400x300

Fransanın “Total” və Almaniyanın “E.ON” şirkətləri Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxdılar.

“Total”ın payı 10 faiz, E.ON-un payı 9 faiz idi.

Onların 19 faiz payını İspaniyanın «Enagas» və Belçikanın «Fluxys» şirkətləri alıb. “Enagas”ın payı 16 faiz olub. Qalan 3 faizi alan «Fluxys» TAP layihəsində payını 19 faizə çatdırıb. “Caspian Barrel” saytının verdiyi xəbərə görə, bunu TAP sentyabrın 30-da ictimaiyyətə açıqlayıb.

Hazırda TAP layihəsində paylar belə bölünür: BP – 20, SOCAR – 20, «Statoil»  – 20, «Fluxys» – 19, «Enagas» – 16, «Axpo» – 5 faiz.

TAP Azərbaycanın «Şahdəniz» yatağı qazını Yunanıstan, Albaniya, Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, burdan isə Qərbi Avropaya çatdırmalıdır.

Kəmərin tikintisi 2016-cı ildə başlamalıdır.

870 km uzunluğunda bu kəmərin ilkin gücü ildə 10 milyard kubmetr qaz olacaq. Sonradan kəmərin gücü iki dəfə artırılacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart