logo

SOCAR “Pirallahı adası-quru” yatağında iki yeni quyunun qazma işlərinə başlayıb

Views: 195

Oil_rig_130508SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

1176 nömrəli quyunun layihə dərinliyi 930, 1174 nömrəli quyunun layihə dərinliyi isə 720 metrdir.

“Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

“Pirallahı” yatağı 1902-ci ildən işlənilir. Yataq 2 mln. tona yaxın qalıq neft ehtiyatına malikdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart