logo

SOCAR-ın İnsan Resursları portalının tətbiqinə dair təlimlərə start verilmişdir

Views: 179

resursSOCAR-da işəgötürənlə işçilər arasında məlumat mübadiləsinin beynəlxalq təcrübəyə uyğun şəkildə operativ və effektiv həyata keçirilməsinin təmin olunması, işçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə “SOCAR-ın İnsan Resursları portalı”nın tətbiqinə dair təlimlərə start verilmişdir.
Sentyabrın 26 və 29-da İnsan Resursları Departamentinin inzibati binasında SOCAR-ın birbaşa tabeliyində olan kadr xidmətlərinin rəhbərlərinə bu mövzuda təlimlər keçirilmişdir. Təlim zamanı iştirakçılara portalın məqsədini, funksionallığını və faydalarını əhatə edən slaydlar təqdim olunmuş, kadr xidmətlərinin üzərinə düşən funksiyalar haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Portal vasitəsilə işçilərə tələb olunan məlumatların və rəhbəredici sənədlərin təqdim olunması ilə yanaşı, onlar elektron qaydada iş yerindən arayış alınması, məzuniyyət günləri və əmək haqqının hesablanması kimi bir çox əməliyyatlardan da istifadə edə biləcəklər.
Bundan əlavə işçilər özləri haqqında sistemdə olan məlumatlarla tanış olmaq və səhv olduğu halda dəyişiklik edilməsi üçün müraciət etmək, rəhbər şəxslər isə tabeçiliyində olan işçilər haqqında istənilən məlumatla tanış olmaq imkanı qazanacaqlar.
Portal işçilərə şəxsi məlumatlarını daxil etmədən SOCAR üzrə elan olunmuş vakansiyalara da müraciət etmək üçün şərait yaradacaqdır.
Təlim zamanı gələcəkdə Portal xidmətlərinin icrasında birbaşa iştirak edəcək kadr xidmətləri işçiləri praktiki tapşırıqları birgə icra edərək Portaldan istifadə qaydalarına yiyələnmişlər. Sonda mövzu ətrafında müzakirələr aparılmış, təkliflər dinlənilmiş və suallar cavablandırılmışdır.
Növbəti mərhələdə SOCAR-ın kadr xidmətlərinin digər işçilərinə təlimlərin keçirilməsi, daha sonra isə portalın istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Portalın daha effektiv istifadəsi ilə bağlı gələcəkdə SOCAR üzrə geniş kütləni əhatə edəcək istifadəçi qrupuna da təlimlər keçiriləcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart