logo

Siyasətdə neftin rolu : Misirdə niyə belə qeyri-stabillikdir?

Views: 105

oil_drum

Birləşmiş Ərəb Əmirlikləri Misirə $8,7 milyard məbləğində neft məhsullarını  tədarük edəcək. Bu barədə Misirin neftqaz korporasiyasının(EGPC) rəsmi nümayəndəsi bildirib ki və qeyd edib ki,tədarük sentyabrda başlayacaq.

Hazırda Misir enerji resurslarının qıtlığını yaşayır və hər ay $ 1- 1,3 milyard məbləğində neft məhsulları idxal etmək məcburiyyətində qalır. Reuters xəbər verir ki,Misir höküməti benzin və digər yanacaq-sürtgü məhsullarının qiymətini sabit saxlamaq üçün hər il $15 milyard vəsait ayırır.

Bu ilin iyun ayında Misir höküməti benzinin geniş yayılmış növünə tətbiq edilən subsidiyanı azaldıb ki,bu da öz növbəsində yanacaq qiymətlərinin 70% artmasına səbəb olub.

2013-cü ilin iyulunda Muhammed Mursinin devrilməsindən sonra BƏƏ,Səudiyyə Ərəbistan və Küveyt Misirin müvəqqəti hakimiyyətini dəstəkləmişdilər. Bu ölkələr Misirə artıq kredit,qrant və neft məhsulları şəklində yardımlarını  göstəriblər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart