Rusiya

Rusiya qazının orta ixrac qiyməti $289-a qədər düşəcək

308-622x289

Rusiya növbəti 3 il ərzində neftin ixrac qiymətlərinin aşağı düşəcəyini gözləyir. RF Maliyyə nazirliyinin məlumatında deyilir ki, 2015-ci il üçün neftin ixrac qiymətinin 4%, 2016-cı il üçün – 6%, 2017-ci il üçün isə 8% aşağı düşəcəyini proqnozlaşdırır.

Bununla belə neft məhsullarının ixracatının əhəməiyyətli surətdə artacağını proqnozlaşdırır: 2015-ci ildə ixrac həcmi 14%, 2016-cı ildə 15% və 2017-ci ildə isə 16%.

 Bundan əlavə İqtisadi İnkişaf Nazirliyi təbii qaz ixracınn artacağını, lakin orta müqavilə qiymətinin 1000 kub metr üçün $289 səviyyəsində olacağını proqnozlaşdırır. Əvvəllər bu göstəricinin 316 dollar səviyyəsində proqnoz ediləcəyi güman edilirdi.

Iqtisadi İnkişaf Nazirliyi Urals markalı nefti  üçün qiymətlərinin 2017-ci ildə 100 dollar səviyyəsində gözləyir.