logo

Kipr 2022-dən tez Avropaya təbii qaz tədarük edə bilməyəcək

Views: 20

gas-israel-lebanonKipr karbohidrogen şirkətinin prezidenti Tula Onufriu İTAR-TASS agentliyinə müsahibəsində bildirib ki,ölkəsi 2022-ci ildə Avropaya mayeləşmiş təbii qazın (LNG) ixracına başlamağı ümid edir.

LNG ixracının Avropaya başlanması Avropa Birliyi və ABŞ tərəfindən təşviq edilən Şərqi Araliq dənizi hövzəsindən alternativ enerji resurslarının tədarükü üçün Kiprdə regional enerji mərkəzinin yaradılması deməkdir.

Bu planın həyata keçrilməsi üçün təbii qazın mayeləşməsi üçün zavod inşa edilməlidir. Zavodun dəyəri ölkənin €17 milyard avroya çatan ÜDM-nın yarısına bərəbər olacaq. Şirkətin prezidenti etiraf edib ki,adanın cənubunda zavodun inşası layihə kommersiya cəhətdən sərfəli olacağı halda mümkündür.

İndiki halda bu mümkünsüzdür,çünki,ölkədə aşkarlanmış qaz ehtiyatlarının həcmi 140 milyard kub metrdir.LNG şirkətinin inşa edilməsi üçün daha bir eyni həcmdə qaz ehtiyatı tələb olunur.

Kipr növbəti 6-12 ay ərzində özünün müstəsna iqtisadi zonasında 13 blokun 6-da enerji resurslarının ehtiyatı barədə məlumat almaq istəyir. Karbohidrogenlərin axtarışı və işlənməsi üçün lisenziyanı Noble Energy şirkətindən başqa İtaliyanın Eni,Cənubu Koreyanın Koqaz və Fransanın Total şirkətləri alıb.

“Əgər biz böyük miqdarda qaz ehtiyatları aşkar etsək ,onda biz quruda LNG zavodunun inşası barədə qərar qəbul edə bilərik. Əgər tapılmasa biz imkanları yenidən qiymətləndirməli və digər yolla getməli olacağıq”. – deyə Onufriu bildirib.  Alternativlər arasında onun sözlərinə görə, üzən LNG zavodunun tikintisi var.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart