logo

İlin əvvəlindən SOCAR-ın xam neft ixracı 16.6 milyon ton təşkil edib

Views: 82

neft110

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin xətti ilə SOCAR 2014-cü ilin 8 ayında 16 milyon 617 min 218 ton xam neft ixrac edib.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bunun 677 min 785 tonu Bakı-Novorossisk kəməri ilə, 2 milyon 29 min 456 tonu Bakı-Supsa kəməri ilə, 13 milyon 909 min 977 tonu isə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə ixrac edilib.

SOCAR bildirib ki, 2014-cü ilin avqustunda 2 milyon 269 min 471 ton xam neft ixrac edilib. Bu həcmin 84.760 min tonu Bakı-Novorossisk, 242,076 min tonu Bakı-Supsa, 1 milyon 942,635 min tonu isə BTC vasitəsilə ixrac edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart