logo

“Cənub Qaz Dəhlizi” üçün istiqrazların III emissiyasına başlanılıb

Views: 34

stock_birja_150113Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-nin 101,12 milyon dollar dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 dollar olan 1 011 200 istiqraz buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində “PSG-Broker” MMC çıxış edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.
İstiqrazların tədavül müddəti altı aylıq Libor +1 faiz gəlirliliklə 10 təqvim ili təşkil edir. Faizlər üzrə ödənişlər hər yarım ildən bir keçiriləcək.
İndiyədək “Cənub Qaz Dəhlizi” QSC 917 320 800 dollar (10 il tədavül müddəti) və 1 246 355 000 dollar (iki illik) dəyərində iki istiqraz buraxılışı yerləşdirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart