2014-cü ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql olunmuşdur. Bu haqda SOCAR mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, cari ilin yanvar- avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb.
Ümumiyyətlə, BTC kəməri istifadəyə verilən gündən (2 iyun 2006-cı il) 2014-cü il sentyabr ayının 1-ə qədər BTC-yə 254 milyon 886 min 511 ton neft vurulub.
Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.