logo

Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti hələ $110-dan bahadır

Views: 37

60332_src

Azərbaycan 2014-cü ilin yanvar- avqust aylarında 22 mln. 788,507 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,6% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, hesabat dövrü ərzində ixrac edilən $13 mlrd. 129 mln. 80,77 min məbləğində neftin bəyan edilmiş həcmi 16 mln. 27,197 min ton təşkil edib. Caspian Barrel bu məlumata əsasən bildirir ki, cari ilin 8 ayında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 1 ton üçün $819,22 və ya 1 barel üçün $110,70 təşkil edib.

Sayğacların göstəricilərinə əsasən, yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 18 mln. 651,728 min ton (o cümlədən 1 mln. 465,087 min ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 2 mln. 823,248 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 678,728 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 634,802 min ton neft daşınıb.

DGK-dan bildirilib ki, yanvar-avqust aylarında Azərbaycandan $867 mln. 160,05 min məbləğində 1 mln. 206,574 min ton neft məhsulu ixrac olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart