logo

“Abşeron” layihəsinin işlənməsinə 2020-ci ildən sonra başlanacaq

Views: 52

oil_natural_gas_infrastructure_map

Xəzərin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsinə 2021-ci ildən başlanacaq. Bu barədə energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda dərc olunmuş müsahibəsində deyilir.

“Abşeron” qaz-kondensat yatağının kəşfi 2011-ci ilin sentyabrında elan edilib.

Yatağın potensial ehtiyatı 350 milyard kub metr qaz və 45 milyon ton kondensatdır. Abşeron layihəsi iştriakçıları SOCAR – 40%, Fransanın Total – 40% və  Gaz De France Suez – 20% şirkətləridir.

N.Əliyevin sözlərinə görə, “Ümid” və “Abşeron” yataqları, “Şəfəq-Asiman” və “Babək” perspektivli strukturlarının imkanları Azərbaycanın qaz potensialının möhkəmləndirilməsinə əsas verir.

Nazir qeyd edib ki, “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi layihəsi qaz tədarükü baxımından vacibdir: “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz ixracının təmin edilməsi üçün yaxın 5 il ərzində 45 milyard dollar sərmayə qoyulacaq. Bundan 25 milyard dollar layihənin özünə, qalan hissə isə bütün zəruri qaz infrastrukturunun yaradılmasına xərclənəcək”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart