logo

Xəzəryanı-Quba neftli-qazlı rayonunda SOCAR yeni quyu qazır

Views: 164

skvajina3

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti tərəfindən “Səadan” yatağında yeni quyunun qazma işlərinə başlanılıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.

Maykop Lay Dəstəsinə qazılan 1804 nömrəli quyunun layihə dərinliyi 1400 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur.

Quyu “Səadan” yatağının işlənməsi ilə məşğul olan “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə qazılır.

“Səadan” yatağı Xəzəryanı-Quba neftli-qazlı rayonunda yerləşir. Bu rayonda geoloji kəşfiyyat işləri 1939-cu ildə hərtərəfli geoloji çəkilişlər əsasında başlayıb.

Maykop çöküntülərinin neft-qazlılığı ilk dəfə 1942-ci ildə müəyyən olunub. Daha sonar burada ümumi uzunluğu 50 km-dən çox olan Çəndahar-Zarat, Siyəzən-Nardaran, Səadan, Əmirxanlı, Zağlı və Zeyvə sahələrində bir sıra neft yataqları aşkarlanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart