logo

“Türkmənqaz” xarici tərəfdaşlarla birlikdə Qaraqumda benzin istehsalı zavodunun inşasına başlayıb

Views: 150

turkmen-obekt

“Türkmənqaz” dövlət konserni  Yaponiyanın Kawasaki Heavy Industries Ltd  və Sojitz Corporation və Türkiyənin Rоnesans Holding şirkətləri ilə birlikdə təbii qazdan benzin istehsalı zavodunun inşasına başlayıb.Təntənəli başlanğıc mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov iştriak edib.

Zavodun dəyəri 1.7 milyard dollar təşkil edir və sərmayələrin çox hissəsini yapon şirkətləri qoyacaqlar.

Prezidentin sözlərinə görə zavod ildə Avro-5 standartlarına cavab verən 600 min ton Aİ-92 benzini istehsal edəcək.

Şirkətlər arasında müqavilə 2013-cü ilin sentyabrında Türkmənistan prezidentinin Yaponiyaya rəsmi səfəri zamanı imzalanıb. Elə ondaca Türkmənistanın Xarici İqtisadiyyat Bankı ilə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı arasında qaz kimya müəssələrinin tikintisi layihələrinə maliyyə dəstəyi barədə 10 milyardlıq dollar kredit sazişi imzlanmışdı.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart