logo

“SOCAR yay məktəbi”nin qalibləri şirkətin xarici müəssisələrinə göndəriləcək

Views: 44

yayBazar ertəsi SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “SOCAR Yay Məktəbi 2014″ layihəsinə start verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri layihənin təqdimat mərasimindən məlumat verib.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxışında qeyd edib ki, bu il iştirakçıların sayı 36-dan 50-dək artıb.

“2010-cu ildən indiyədək “SOCAR Yay Məktəbi” layihəsində iştirak etmək üçün 1230 nəfər müraciət edib. Onlardan 280 nəfəri isə 2014-cü ildə müraciət edib. Lakin layihənin icrası müddətində 192 nəfər iştirak hüququ qazanıb. 2012-ci ildən başlayaraq ARDNŞ “SOCAR Yay Məktəbi” layihəsinə tələbələrlə yanaşı, öz əməkdaşlarını da cəlb edir”, – deyə o bildirib.

“SOCAR Yay Məktəbi” layihəsi avqustun 13-dək davam edəcək. Məktəbin proqramında neft-qaz yataqlarının geologiya və geofizikası, qazma texnologiyaları, neft və qaz hasilatı, nəqli, saxlanılması, ekoloji normalar və alternartiv enerji mənbələri, neft məhsullarının satışı, neftin qiymətlərinin formalaşdırılması və s. mövzularda müzakirə və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

“Layihə iştirakçıları komandalara bölünəcəklər. İlk 3 yeri tutan komandalar üçün “Yay Məktəbi” SOCAR-ın xaricdəki müəssisələrində davam etdiriləcək. Birinci yeri tutan komanda İsveçrəyə, ikinci yeri tutan komanda Türkiyəyə, üçüncü yeri tutuan komanda Gürcüstana göndəriləcək”, – deyə X.Məmmədov vurğulayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart