logo

SOCAR prezidenti İran nümayəndə heyəti ilə görüş keçirib

Views: 24

iran

Avqustun 5-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, Rövnəq Abdullayev Azərbaycanla İran arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin aprel ayında İrana rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə yeni təkan verdiyini qeyd etmişdir.

İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda səmərəli fəaliyyət göstərdiyini bildirən SOCAR prezidenti iki qonşu ölkənin bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını ifadə etmişdir.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanda müşahidə olunan sürətli sosial-iqtisadi inkişafın nümayəndə heyəti üzvlərində dərin təəsürat doğurduğunu diqqətə çatdırmış, rəhbərlik etdiyi heyətin səfər çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında və biznes forumunda iştirak edəcəyini söyləmişdir. O, “Şahdəniz” və Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsində İranın NİCO şirkətinə yaradılmış əlverişli fəaliyyət imkanları üçün SOCAR rəhbərliyinə təşəkkürünü bildirmiş, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əmin olduğunu nəzərə çarpdırmışdır.

Ölkələrimizarasındamüxtəlifsahələrlə birlikdə enerjiməsələləriistiqamətində də əlaqələrindərinləşdirilməsi üçünböyükperspektivlərinolması görüşdə qeydedilmişdir. Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə olunması məsələsinin ekspertlər səviyyəsində müzakirə edilməsinin nəzərdə tutulduğu bildirilmiş, tərəfləri maraqlandıran digər mövzularda ətraflı fikir mübadiləsi aparılmışdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart