Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
2592 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılıb. Quyunun sutkalıq debiti 30 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildə kəşf edilib. Yatağın geoloji ehtiyatları 365 mln. ton təşkil edir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.