logo

“Şahdəniz” yatağında neft və qaz kondensatı hasilatı azalıb

Views: 81

shah-deniz5

BP-Azərbaycan şirkətindən verilən məlumata görə, 2014-cü ilin birinci yarısında “Şahdəniz” yatağından 4.75 milyard kub metr təbii qaz və 1.2 milyon ton kondensat hasil edilib.

Eyni zamanda təbii qaz hasilatı keçən ili analoji dövrü ilə müqayisədə 1.04%, kondensat hasilatı isə 11.1% azalıb.

2014-cü ilin yanvar-iyununda orta gündəlik hasilat 26.2 milyon kub metr qaz və 49 757 barel kondensat təşkil edib.

2006-cı ilin iyunundan 2014-ci ilin 30 iyununa qədər “Şahdəniz” yatağından 52.7 milyard kub metr qaz və 13.6 milyon ton kondensat  hasil edilib.

BP-Azərbaycan şirkətinə görə, hazırda “Şahdəniz” yatağında hasilat sistemlərinin maksimal gücü gündə 27.35 milyon kub metr təbii qaz və 55 min barel kondensat təşkil edir.

Qeyd edək ki, 2013-cü ildə “Şahdəniz” yatağında 9.8 milyard kub metr qaz, 2.48 milyon kondensat hasil edilib. Cari tənəzzül kiçikdir və ilin ikinci yarısında bərpa edilmək ehtimalı var. Lakin qaz kondensatı  hasilatının azalması ciddi problemdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart