logo

Özbəkistanda benzin qıtlığı yaranıb

Views: 25

benzin_kanistra

Özbəkistanda bəzi yanacaqdoldurma məntəqələri (YDM) avtomobil yanacağı qıtlığı üzündən fəlaiyyətlərini dayandırıblar.

Daşkənd yaxınlığındakı məntəqənin işçisi bildirib ki, təchizatçılar hər gün məntəqələrə 7 ton yanacaq tədarük edirdilər. Lakin avqustda tədarüklər qeyri-müntəzəm olub və buna görə də bəzi məntəqələrin fəlaiyyətində çətinlik yaranıb.

Dövlət yanacaqdoldurma məntəqəliri  hər gün 27 ton yanacaq alırdı,ancaq son günlərdə onlarında dizel yanacağı və benzinin alınmasında problemləri meydana çıxıb. Yanacaq məntəqəyə tədarük edildikdən ən çoxu 5 saata çatır.

Daşkənd yaxınlığında benzini hətta “qara bazarda” almaq belə mümkün deyil. Bir həftə əvvəl,vbir litr A-80 benzinin qiyməti 2500 sum təşkil etdiyi halda,bu gün yanacağın qiyməti 4000 sum təşkil edir.

Fərqanə vadisi sakinləridə benzinin qıtlığı problemindən şikayətlənir və bildirillər ki,yanacağın qiyməti qara bazarda hər litri üçün 3000 sum təşkil edir.

Yanacaqdoldurma məntəqələrinin əməkdaşları vəziyyətin pambıq yığımı üzündən baş verdiyini bildirillər. Onların sözlərinə görə hər il oxşar vəziyyət yaranır. Eyni zamanda qeyd etmək lazımdır ki,Özbəkistanın neft emalı kompleksi bərbad vəziyyətdədir. Təsadüfü deyil ki, hökümət iyunun sonunda bu sənaye sahəsinin bərpası barədə xüsusi qərar qəbul edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart