logo

Niyə Çin günəş enerjisində liderlik edir?

Views: 71

China-SolarÇin enerjinin ən böyük istehlakçılarından biridir və ölkədə elektrik enerjisnin çox hissəsi (75%) kömür hesabına istehsal edilir. Lakin Asia ölkəsi günəş enerjisi hesabına həm kömür həm də neft-qazdan asıllığını azaldır.

Yanvar-iyunda Çində günəş elektrik enerjisinin gücü 3.3 GW-a çatıb ki, bu da Avstarliyanın bütün günəş enerjisinin gücünə bərabərdir.

Ümumi enerji gücü 23 GW təşkil edir. Bu göstəriciyə görə Almaniya irəlidədir (36GÜ).

Əsas səbəb ətraf mühitdir. Çin şəhərlərində smog artıq adi hala çevrilib. Bu ayın əvvəlində Çin höküməti elan edib ki,paytaxda kömrün yandırılmasını 2020-ci ilin sonuna qadağan edəcək.

2011-ci ildə Fukusima atom stansiyasındakı zəlzələdən sonra Yaponiya və Çin günəş elektrik enerjisinin inkişafına başlayıblar.

Hanergy Holding Group şirkətinin hesabatına görə,2013-cü ildə Çinin fotoelektrik gücləri 12 GW artıb. Bu əvvəlki illə müqayisədə 232%  artım deməkdir.

Ötən il Çində günəş enerjisinin maliyyələşdirilməsi $23,5 milyard təşkil edib ki,bu da Avropadaki sərmayələrə bərabərdir.

Çinin öz günəş enerjisi layihələri üçün fotoelementlərin istehsalını artırdığı üçün dünyada günəş panelləri istehsalçılarına zərbə vurub. Son üç il ərzində günəş panelləri istehsalı 50%, təchizatçılarının sayı isə 250-dən 150-yə qədər azalıb.

Heç bir şübhə yoxdur ki, Çində günəş enerjisinin inkişafı milli probleminin həllinə yönəlib. Və Çin höküməti öz addımları ilə bu sahənin inkişafı üçün yaxşı stimul yaradır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart