logo

London birjasında Brent markalı neft 102 dollara doğru irəliləməyə başladı

Views: 31

oily_1421430a

Dünya birjalarında “qara qızılın” qiyməti sürətlə ucuzlaşmaqda davam edir.  Buna səbəb kimi isə OPEK-in neft hasilatının artması göstərilir.

Bu gün Bakı vaxtı ilə saat 22.10-da London birjasında Brent markalı neftin qiyməti  ilk dəfə 1 barel üçün 103 dollardan aşağı düşərək 102,98 təşkil edib.

Xatırladaq ki, avqustun əvvəlində  Brent markalı neftin qiyməti 106 dollardan baha, Nyu-York birjasında satılan WTI markalı neftin 1 bareli isə 100 dollar çivarında idi.

Qeyd edək ki, neft hasilatının 100 dollardan aşağı düşməsi ilə Rusiya iqtisadiyyatına Qərb sanksiyalardan əlavə daha ciddi zərbə vurmuş olar. Belə ki, Rusiya iqtisadiyyatının Ümumi Daxili Məhsulda payı 2013-cü lldə payı 52% olub. Ötən il Rusiya xam neft ixracından 178 milyard gəlir əldə edib ki, bu da 2012-ci ilin nəticələrindən 3,6 milyarddan azdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart