logo

Karabalin: Kaşağanda neft hasilatı 2016-cı ilə qədər təxirə salınır

Views: 51

kashagan1

Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirib ki, “Kaşağan” dəniz neft yatağında neft hasilatı 2016-cı ilin birinci yarısından tez bərpa edilə bilməyəcək.

Onun sözlərinə görə, respublika höküməti ilə podratçılar arasında imzlanmış müqaviləyə əsasən neft hasiltaının keçikməsi təqdirində  kompensasiya nəzərdə tutulur. Podratçıların Kaşağanda hasilatın dayanmasına görə ödəmələr hər rüb üçün 30 milyon ABŞ dolları təşkil edir.

Kaşağanda hasilat keçən ilin sentyabrında qaz sızması başlayandan iki həftə sonra dayandırılmışdı. 2013-cü ilin oktyabrında hasilat başladıqdan dərhal sonra yeni sızma aşkarlanmışdı.

“Bu gün təmir – bərpa işlərinin və hasilatın bərpası barədə artıq fikirlər var. İki variant var: optimist ssenaridə hasilatın bərpası 2016-cı ilin birinci rübündə, ikinci ssenariyə görə isə 2016-cı ilin 2-ci yarısında hasilat bərpa olunacaq”.

Karabalin deyib ki, sızmanın səbəblərini müəyyən etmək üçün aparılan tədiqiqatlar onu göstərir ki, yataqda neft və qaz kəmərlərini dəyişmək lazımdır.

“Bu o deməkdir ki, hər iki boru kəmərini tamamilə dəyişmək üçün 200 km uzunluğunda borular almaq lazımdır”, – deyə nazir bildirib.

Kaşağan layihəsində “KazMunayGaz”, Eni, Total, ExxonMobil, Shell və İnpex şirkətləri iştirak edir.

Layihəyə artıq 50 milyard ABŞ dolları sərmayə yatrılıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart