logo

İran Özbəkistana beynəlxalq nəqliyyat dəhlizi ilə neft tədarük etməyi təklif edir

Views: 31

Iran_Uzbekistan_flags_Album_190712İranın Daşkənddəki səfirliyindən verilən xəbərə görə, Tehran Özbəkistana Özbəkistan-Türkmənistan-İran-Oman beynəlxalq nəqliyyat dəhlizi ilə neft tədarükünə başlamaq təklifi edib.

Bu ilin avqustun əvvəlində 4 ölkənin xarici işlər naziri tərəfindən dəhlizin yaradılması barədə sazişin qüvvəyə minməsi haqqında anlaşma memorandumu imzalanıb.

Nəqliyyat dəhlizi İran ərazisindən keçərək Mərkəzi Asia ölkələrini Fars və Oman körfəzlərində yerləşən İran limanları ilə birləşdirəcək. Nəqliyyat-tranzit dəhlizinin bir hissəsi dəmir yolu (Özbəkistan-Türkmənistan-İran) vasitəsilə, digəri isə dəniz yolu (İranın Bender Abbas və Çahbahar limanlarından Omanın limanlarına qədər) keçəcək.

Hazırda 3 ölkənin dəmir yolları vasitəsilə ildə 1.6 milyon ton yük daşınır və əgər razılıq əldə olunarsa bu göstərici ildə 3 milyon tona çata bilər.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart