logo

İran nədən Türkmənistan qazına ehtiyac duymadığını bəyan edib – Araşdırma

Views: 64

696_02b

2014-cü ilin 11 avqustunda İranın neft naziri Zanqene deyib ki,ölkəsi artıq Türkmənistandan qaz idxalına ehtiyac duymur.

İranın neft naziri qeyd edib ki,gələn il qaz hasilatını gündə 200 milyon kub metrə çatdırılması planlaşdırlır ki,bu da Türkmənistandan qaz idxalına son qoymağa imkan verəcək.

Bu qaz əsasən özəl sektorun ehtiyaclarını ödəmək üçün istifadə edilirdi.

İranın tədarük edilmiş qaz üçün Türkmənistan qarşısında borcunu sənaye və energetika avadanlıqları, nəqliyyat vasitələri və kənd təsərrufatı  malları ilə ödəyəcək.

Caspian Barrel-in məlumatına görə, Türkmənistandan İrana qaz tədarükü 1997-ci ildə Korpece-Kurt-Kui magistral qaz kəmərinin istismara verilməsindən sonra başlayıb. 2010-cu ildə yeni qaz magistralının çəkilişi ilə qaz ixracında yeni Türkmənistan perspektivlərə ümid bəsləyib. Ancaq az keçməmiş İrana qarşı Avropa Birliyinin və Amerika Birləşmiş Ştatlarının sanksiyaları tətbiq edilməyə başlayıb. Bu səbəbdən də türkmən qazının İrana ixracının artırılması məsələsi rəsmi Tehranın ciddi-cəhdlərinə baxmayaraq baş tutmayıb. 2012-ci ildən sonra isə, yəni ABŞ-ın İranın neft və qaz sənayesinə qarşı maliyyə sanksiyaları qüvvəyə mindikdən sonra isə Tehran idxal etdiyi türkmən qazının əvəzini dönərli valyuta ilə ödəyə bilməmək vəziyyətinə düşdü. Elə bu səbəbdən də iki ölkə arasında 4 ay qaz ticarəti, ümumiyyətlə dayanmaq məcburiyyətinə gəlib çıxmışdı. Sonradan tərəflər barterlə qaz ticarətinin bərpası  haqqında razılığa gələ bildirlər.

Ancaq 2014-cü ildən başlayaraq türkmən qazının Çin istiqamətində ixracı durmadan artır və bu yöndə alternativ marşrutların tikintisi də gedir hazırda (Qırğızıstan üzərindən Çinə). 2016-ci ildən başlayaraq Türkmənistan qazının ixracı təkcə Çinə 50 milyard kub metr təşkil etməlidir ildə. Bu baxımdan İrana olan ixrac həcmlərinin 4-5 milyard kubmetr ətrafında qalması rəsmi Aşğabad üçün qətiyyən maraqlı deyil və nəzərə alsaq ki, bu həcmlərdən gələn vəsait də Türkmənistan büdcəsi üçün elə bir şey deyil, çünki nəğd pul vasitəsilə ödənmir, yəni hökumət onu istədiyi səmtə yönəltməkdə acizdir, onda əslində bu məsələnin indi gündəmə gətirilməsinin diplomatik mənası var.

Sadəcə, rəsmi Tehran öz qonşusundan dahçevik və təcrübəli olduğundan belə bir addım atmaqla yaxın gələcəkdə baş verəcək hadisələri qabaqlamış olur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart