logo

“Bulla-dəniz” yatağında inşa olunacaq dəniz özülünun tikintisi layihəsi hazırlanıb

Views: 71

platforma_sea_200814

N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan “Bulla-dəniz” yatağında 3 qaz-kondensat quyunun qazılması üçün inşa olunacaq 122 saylı stasionar dəniz özülünun (SDÖ) tikintisi layihəsi hazırlanıb.

SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir ki, özüldə aparılacaq işlərin ekoloji standartlara uyğunlaşdırılması məqsədi ilə “Azneft” İB Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq Ekologiya İdarəsinə Ətraf Mühitə və Sosial Sahələrə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin hazırlanması haqqında sifariş verib, sifarişə operativ əməl olunub.

Sənədin məqsədi layihənin icrası zamanı ətraf mühitə və sosial sahəyə hər hansı mənfi təsirin aşkar edilməsini və bu təsirin minimuma endirilməsini, aradan qaldırılmasını, yaxud əvvəlcədən aşkar edildiyi müddətdə əks tədbirlərin görülməsini təmin etməkdir. Bu məqsədlə Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları tərəfindən “Bulla-dəniz” yatağında və özül tikiləcək akvatoriyada ətraf mühitin ilkin vəziyyətini qiymətləndirmək üçün ekoloji tədqiqat işləri aparılıb.

Monitorinq zamanı seçilmiş stansiyalardan dəniz suyunda fitoplankton və zooplankton nümunələri, dəniz dibindən dib çöküntüləri və bentos nümunələri görürülüb, dəniz suyunun fiziki-kimyəvi parametrləri “Professional Plus” cihazı vasitəsilə yerində ölçülüb və bütün nəticələr yekun hesabatda öz əksini tapıb.

ƏMSSTQ sənədində layihənin icrasında ətraf mühit üzrә yüksək standartlara cavab verən tələblərin nәzәrә alınması vә yerinə yetirilmәsinin tәmin olunması xüsusi vurğulanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart