logo

Azərbaycanın neft sektoruna yatırılan investisiyalar 7 ayında 30.4% artıb

Views: 18

post-3-13370236

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft sektoruna 3,45 milyard manat investisiya yatırılıb. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 30,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Məlumata görə, yanvar-iyul aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital qoyuluşları 4,17 milyard manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 5,4 faiz çoxdur. Bu vəsaitdən hasilat sənayesi sahəsinə 3.44 milyard manat sərmayə yatrılıb ki, bu da 2013-cü ilin göstəricisindən 29.5% çoxdur.

Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 140,9 milyon manat təşkil edib. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 16,2 faiz azdır.

*2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılıb ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çoxdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart