logo

Azərbaycanda neft hasilatı tədricən azalır və niyə azalır?

Views: 27

neft dushurAzərbaycanda neft hasilatı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin operativ məlumatına əsasən, 2014-cü ilin yanvar – iyul ayının yekunlarına əsasən ölkədə 24,9 mln ton neft və kondensat hasil edilib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Statistika Komitəsinin məlumatlarına görə, həmin göstərici 25,5 mln ton təşkil etmişdi. Bu göstəricilərdən çıxış edərək demək olar ki, cari ilin 7 ayında Azərbaycanda neft hasilatı 2,4% və ya 600 min ton azalıb.

Neft Ararşdırmaları Mərkəzi Caspian Barrel-in özünün apardığı hesablamamara görə, Azərbaycanda neft hasilatının pik hasilatı 2010-cu ilin üçüncü rübündə baş verib və bundan sonra neftin hasilatında tədricən azalmalar müşahidə olunur.

Azalmalara səbəb kimi isə BP şirkəti Azəri-Çıraq-Günəşli dəniz yataqlarındakı asan çıxarıla biləcək neft laylarının imkanlarının artıq məhdudlaşması ilə izah edir.  Artıq indiyə qədər bu yataqlardan 340 milyon tona qədər neft hasil edilib. Yaxın 15 ildə daha 400 mln tona qədər neftin hasil edilməsi planlaşdırılır. Ancaq bu neft Azərbaycana daha baha başa gələcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart