logo

Azərbaycan neftinin orta ixrac qiyməti bir barel üçün $ 110 yüksək olub

Views: 38

vagonlar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nəzarət-ölçü cihazlarının göstəricilərinə görə, 2014-cü ilin 7 ayında Azrbaycanın xam neft ixracı 19 milyon 941,1 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda boru kəmərləri ilə 19 milyon 398.58 min ton, dəmir yolu ilə isə 542.52 min ton neft ixrac edilib.

Hesabat dövründə bəyan edilmiş Azərbaycan neftinin ixrac həcmi $11,34 milyard dəyərində  13.79 milyon ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən  ($11,6 milyard dəyərində 14,33 milyon ton) 3.8% azdır.

Bu məlumatlar əsasında demək olar ki,7 ayda Azərbaycan 1 ton neftinin ixrac qiyməti orta hesabla $822,34 və ya bir barel üçün $111,12 olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart