logo

Ai-95 markalı benzinin bahalaşması: faktlar nəyi inkar edir?

Views: 38

ben

Xəbər verdiyimiz kimi bu gündən Azərbaycanın daxili bazarında Ai-95 markalı benzinin qiyməti 4 qəpik bahalaşaraq 0,97 manat olub. Bir çox KİV-lər Azpetrol şirkətinə istinadən məlumat yayaraq bildiriblər ki, qiymətin artması dünya bazarlarında neftin bahalaşması ilə əlaqədardır.

Ancaq Caspian Barrel-in təhlilləri göstərib ki, KİV-lərə ötürülən məlumat nə dünya bazarında xam neftinl, nə də neft məhsullarının bahalaşması ilə əlaqədar deyil.Bəs əslində vəziyyət necədir?

Caspian Barrel-in apardığı araşdırma nəticəsində məlum olub ki, iyun ayında Avropa ölkələrindəki neftayırma zavodlarının bir çoxlarında cari təmir işləri aparılması ilə əlaqədar olaraq  neft məhsullarında müəyyən artımlar qeydə alınıb ki, bu da mövsümi xarakter daşıyıb. Gürcüstan bazarına yanacaq daşıyan treyderlərin verdikləri məlumatlara görə, avtomobil yanacağının 1 tonunda bahalaşma 20 dollaradək olsa da, parəkandə satış bazarında artım hiss ediləcək səviyyədə olmayıb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinın ayıq açıqladığı rəsmi rəqəmləri araşdırarkən də məlum olur ki, son 4 ayda dünya bazarında etilləşdirilmiş benzinin 1 tonunun orta qiyməti təqribən 5 dollar azalıb. Ötən ay isə iyunla müqayisədə azalmadakı fərq hər ton üçün 18 dollardan çox olub.  O cümlədən də xam neftin qiymətində aşağı enmələr aşıq-aşkar hiss edilir. İyul ayının yekunlarına görə, Brent markalı nefti öz dəyərini iyundakına nisbətən 4,5% itirib.

2014-cü il etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) Brent markalı neft(1 barel)
iyul 1003,97 106,64
iyun 1021,32 111,65
may 995,24 109,61
aprel 1008,13 107,63
Mənbə: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart