logo

SOCAR “Neft Daşları” yatağında yeni quyu qazır

Views: 146

Neft-Dashlari

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağında yeni quyu qazır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

2632 nömrəli quyu 418a meydançasından qazılır. Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

“Neft Daşları” yatağı 1949-cu ildə açılıb. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart