logo

SOCAR hasilatı artırmasına baxmayaraq, ölkədə karbohidrogenlərin istehsalı azalmaqda davam edir

Views: 110

SOCAR-AQS

Bu ilin ilk altı ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4.198 milyon ton neft hasil edib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 1.2% çoxdur.

SOCAR-ın məlumatlarına əsasənə, iyun ayında neft hasilatı 687.4 min ton təşkil edib.

Əvvələr SOCAR-ın hasilat və nəqliyyat üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirmişdi ki, 2014-cü ildə şirkət 8.4 milyon ton neft hasil etməyi planlaşdırır.

2014-cü ilin birinci yarısında SOCAR  təbii qaz hasilatını keçən ilin eyni dövrü ilə müqayisədə 6.2% artıraraq 3.821 milyard kub metrə çatdırıb.

SOCAR-ın neft və qaz hasilatının artırmasına səbəb dövlət neft şirkətinin keçən ilin ikinci yarısından başlayaraq dənizdə kütləvi surətdə istismar quyuları qazmasıdır. SOCAR-ın rəsmi məlumatına əsasən, şirkət 2015-ci ilin sonuna qədər 230 quyu qazəlması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ümumi qaz hasilatı azalır. İlin birinci yarısında 15.390 milyard kub metr qaz hasil edilib ki, bu da 2013-cü ilin yanvar-iyunu ilə müqayisədə 2.3% azdır. Həmçinin ölkə üzrə neft hasilatıda azalır. Azalmaya səbəb Azəri-Çıraq-Günəşli yatağında karbohidrogen hasilatının azalmasıdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart