Rusiya

Rosneftin özəlləşdirilməsi İPO qiymətindən aşağı olmamaq şərtilə mümkündür

rosneft

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki,Rusiya höküməti Rosneftin 19.5% səhm paketini o şərtlə özəlləşdirə bilər ki,onun qiyməti İPO qiymətindən aşağı olmasın.

Nazir sövdələşmənin vaxtını açıqlamaqdan imtian edib, ancaq bildirib ki, həlledici faktor səhmlərin qiyməti olacaq.

Rosneft ilkin yerləşməni 14 iyul 2006-cı ildə keçirib. İPO çərçivəsində 1.411 milyon səhm hər bir səhm üçün 7.55 dollar səviyyəsindən yerləşdirilmişdi.İPO nəticəsində dövlətin payı Rosneftdə 75.2% səviyyəsinə enmişdi.

19.5% səhm paketinin özəlləşdirilməsi 2016-cı ilə kimi aparılmalıdır,ancaq hökümətdən bildiriblər ki, səhm paketi bu il satıla bilər. Maliyyə Naziriliyi artıq Rosneftin özəlləşdirilməsindən alınacaq 423 milyard rubl vəsaiti 2015-ci ilin dövlət büdcəsi parametrində yerləşdirib.