“Qazprom” rəhbəri Aleksey Miller jurnalistlərə bildirib ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2014-cü ilin birinci yarısında 2.8% artıraraq 82.88 milyard kub metr qaz ixrac edib.
2013-cü ildə Qərbi Avropaya qaz ixracı 20% artmışdı – 127,05 milyard kub metr. Şərqi və Mərkəzi Avroya ölkələrinə tədarük 4.3% artıb və 34.43 milyard kub metr təşkil edib. Avropaya ümumi ixrac 16.3% artaraq 161,48 milyard kub metr olmuşdu.