2012-ci ilin fevralından etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 iyul 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir. Bu haqda Azərbaycan Respublikası Dövlət Neft Fondunun iyulun 21-də ictimaiyyət üçün aşıqlanan məlumatında bildirilib.
Neft Fondu öz vəsaitlərinin bir hissəsini qiymətli metalların alınmasına o məqsədlə xərcləyir ki, aktivlərini şaxələndirsin.