logo

“Kaşağan”a görə Eni,Total və Şell $500 milyon ziyana düşüblər

Views: 38

kashagan_180913

Morqan Stenley bankının hesablamlarına görə, Avropanın 3 böyük neft şirkəti “Kaşağan” yatağında hasilatına gecikməsi üzündən $1.5 milyard ziyana düşəcəklər.

Morqan Stenley tərəfindən qeyd edildiyi kimi, bank 2016-cı il üçün Eni,Total və Royal Dutch Shell şirkətlərinin gəlirlərini müvafiq olaraq $500 milyon azaldıb. Bu şirkətlərin hər biri Kaşağan layihəsində 16.8% paya sahibdirlər.

Bankın məlumatına görə, $500 milyon Eni şirkətinin gəlirinin 6%, Totalın 3%, Şell şirkətinin isə 2% təşkil edir.

Gecikmə Avropa neft nəhəngləri üçün çətin dövrlə üst-üstə düşüb. Şirkətlər bu yaxınlarda artımı stimullaşdırmaq üçün böyük vəsait xərcləmişdilər.

Ötən il şirkətlər tərəfindən alınan gəlirlər kapital xərcləri və dividendləri ödəmək üçün kifayət deyildi.

Demək olar ki, bütün şirkətlər xərcləri azaltmaq və daha sərbəst pul dövriyyəsini qurmaq qərarına gəlmişdilər. Lakin “Kaşağan”da kecikmələr bu planları pozur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart