logo

İyunda LUKoil öz neftini BTC ilə daşımayıb

Views: 85

lukoil_kaskaSOCAR-ın yayadığı rəsmi məlumata görə, iyun ayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 301 min 587 ton tranzit (türkmən və qazax) nefti daşınıb.

Caspian Barrel diqqətinizə çatdırır ki, 2013-cü ilin iyununda BTC ilə daşınan tranzit neftinin həcmi 270 min 350 ton olmuşdu. Ancaq o zaman BTC ilə yalnız türkmən nefti daşınırdı.

Qeyd edək ki, cari ilin mayında BTC ilə Rusiya neftinin sınaq daşıması həyata keçirilməyə başladı. Belə ki, LUKoil şirkəti Xəzər dənizinin Rusiyaya aid hissəsində hasil etdiyi neftin bir hissəsini BTC ilə nəql etmək məsələsini gündəmə gətirdi və ötən ay 30 min ton neft dünya bazarlarına Ceyhan limanı vasitəsilə Azərbaycanın əsas ixrac boru kəmərinin köməyi ilə çıxarıldı.

Ancaq iyun ayının yekunları ilə bağlı Rusiya şirkəti BTC vasitəsilə ixraca dair heç bir məlumat yayamadı.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart