İranın neft nazirinin müavini S.Hoseyni bildirib ki,Cənubi Azedeqan yatağı 3 ildən sonra istismara veriləcək.
Onun sözlərinə görə,Çinin CNPCI şirkətinin yatağın işlənməsindən uzaqlaşdırılması düzgün qərar idi,çünki çinli mütəxəssislər işlərin başlanmasını gecikdirirdilər.
Hoseyni bildirib ki,İran qonşu ölkələr ilə birgə mülkiyyətdə olan yatağların işlənməsini prioritet hesab edir ona görə də,nazirliyin bütün səyləri Cənubi Azadeqan yatağının tezliklə istismara verilməsinə yönəlib.
Qeyd edək ki,Cənubi Azadeqan yatağının işlənməsi iki mrəhələdən ibarətdir.
Birinci mərhələdə gündə 320 min barel neftin və 197 milyon kub fut qazın hasilatı nəzərdə tutur. Bunun üçün 185 quyunun qazılması planlaşdırılır.
İkinci mərhələdə isə hasilatın gündə 600 min barelə çatdırılması planlaşdırılır.
Yatağın işlənməsi layihə təsdiq edildikdən 52 ay sonra tamamlanmalıdır.
Azadeqan İranın və dünyanın ən böyük yataqlarından biridir. Yataq 1997-ci ildə kəşf edilib.