logo

İran Cənubi Parsın istismarını davam etdirir

Views: 28

qatar1

Cənubi Fars birgə yatağının 12-ci mərhələsinin emal kombinatında qazın sınaq istehsalı uğurla həyata keçrilib. İyulun sonlarında həmin mərhələdə qaz istehsalı gündə 28 milyon kub metrə çatacaq.

“Pars” neft-qaz şirkətinin direktoru Əli Əkbər Şahanpur bildirib ki,hazırda bu mərhələdə qaz hasilatı 25 milyon kub metr qaz təşkil edir. Onun sözlərinə görə,yaxın gələcəkdə A platformasının istismara verilməsilə qaz hasilatı planlaşdırılan səviyyəyə çatacaq.

Ə.Ə.Şahanpur qeyd edib ki,A platforması son 8 ildə Cənubi Fars yatağında istsimara verilən ilk platformadır.

Cənubi Fars yatağının 12-ci fazasında 75 milyon kub metr maye yanacaq,120 min barel qaz kondensatı və 750 ton kükürd istehsalı planlaşdırılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart