Gürcüstanın neft məhsulları idxalçıları ittifaqından verilən məlumata görə,ölkədə neft məhsullarının bahalaşması gözlənilir.
Məlumata görə, Gürcüstanda pərakəndə satış qiyməti neftin dünya bazarında qiymətinə bağlıdır ki,bu da öz təsirini daxili bazarda göstərəcək.Neftin dünya bazarında qiymətinin artmasına səbəb İraqdakı böhrandır.
“Novosti-Gürcüstan” qeyd edir ki, neftin qiymətlərinin artmasına Rusiya-Ukrayna böhranıda təsir edir. Xüsusilə,Ukrayna vasitəsilə Avropaya Rusiya nefti və qazı nəql edilir.
Güman edilir ki, nəqlə maneələr yarana bilər. Neftlə paralel dizel yanacağının (6%) və benzinin (7%) qiymətidə artıb.