Aİ sanksiyaları əsasən şelf hasilatını və çətin çıxarıla bilən resursların hasilatı layihələrinə təsir edəcək. Bu barədə informasiya agentliklərinə bu sahənin ekspertləri bildiriblər.
“Sberbank KİB” nümayəndəsi Valeri Nesterov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, yeni məhdudlaşdırıcı addımlar xidmət sahəsinə, həmçinin geofiziki və qazma əməliyyatları üçün texnologiyalarına alınmasınada zərbə endirəcək.
Nesterov həmçinin qeyd edib ki,AB sanksiyaları Rusiyanın qaz sektorunada təsir edəcək ki,çünki qaz hasilatda eyni avadanlıqlardan istifadə olunur. Ekspert ehtimal edir ki,sanksiyalrdan böyük ölçüdə “Novatek” şirkətinin Fransanın” Total” şirkəti ilə birgə həyata keçirdiyi “Yamal SPQ” layihəsidə ziyan çəkə bilər.
“İnvestkafe” agentliyinin analitiki Qriqori Berq əmindir ki,Avropa Birliyinin sanksiyaları neft şirkətlərinin fəaliyyətinı mənfi təsir göstərəcək.O hesab edir ki,müəyyən neft-qaz yatağlarının işlənməsi xarici texnologiyalr və kadrlar olmadan mümkün deyil.
Xatırladaq ki, 29 iyulda Avropa Birliyi Moskvaya qarşı sanksiyaların üçüncü mərhələsinin tətbiq edildiyini elan edib. Məhdudlaşdırıcı tədbirlər dövlət bankları,neft və müdafiə sektoruna tətbiq edilib.